Külli miqdarda qanunsuz siqaret aşkarlandı

Gömrük nəzarətindən gizlədilən 5 minə yaxın siqaret müsadirə olunub.

Dövlət Gömrük Komitəsindən BakiPost.az-a verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasına Gürcüstan istiqamətindən daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "CM8 G2K" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Yoxlama zamanı avtomobilin salonundan, oturacaqlarının altından və içindən gömrük nəzarətindən gizlədilən 4800 ədəd "Pirveli" markalı siqaretlər aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.
 
Bakı Post
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

19 Avqust 2017
Bütün xəbərlər
Bütün xəbərlər