Ru
11:16 / 21 İyun 2018

Külli miqdarda narkotik ələ keçirildi - Azərbaycanda

1670
Azərbaycanda külli miqdarda narkotik qanunsuz dövriyyədən çıxarılıb.   


DİN-in mətbuat xidmətindən BakuPost-a verilən məlumata görə, Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə saxlanılan şəhər sakini, əvvəllər məhkum olunmuş Xəqani Qasımovdan 475 qram marixuana aşkar edilərək götürülüb.


Qazax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan Xanlıqlar kənd sakini Nəsimi Eyvazovdan şəxsi axtarış zamanı 6 qramdan artıq marixuana aşkar edilib.


Polis əməkdaşları tərəfindən onun narkotiki əldə etdiyi mənbə də müəyyənləşdirilib. Əməliyyat tədbirləri ilə narkotik vasitəni N.Eyvazova satmaqda şübhəli bilinən Kosalar kənd sakini Cabir Əliyev də saxlanılıb. Onun yaşadığı evdən 465 qram marixuana aşkar edilərək götürülüb.                                                                                    

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən isə Qaramanlı kəndi ərazisində yabanı halda bitmiş, çəkisi 1 tona yaxın olan 1947 ədəd çətənə kolları aşkar edilərək məhv edilib.


Bu istiqamətdə tədbirlər davam etdirilir.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər