Ru
16:38 / 25 May 2017

Külli miqdarda dərman məhv edildi - FOTOLAR

813
Dövlət Gömrük Komitəsi (DGK) Bakı Baş Gömrük İdarəsi Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin apardığı analizlərin nəticəsi əsasında, tələblərə cavab verməyən, qablaşdırılmasında uyğunsuzluqlara yol verilən və ölkə ərazisində dövlət qeydiyyatına alınmayan dərman preparatlarını dövriyyədən çıxarıb.


DGK-dan BakiPost.az-a verilən məlumata görə, Rusiya, Ukrayna və Avropa ölkələrindən "Referans pharmaceuticals", "Radez", "Si Medical", "Zeytun Pharmaceuticals", "Qırxbulaq", "Eco B Tam Xarici İnvestisiyalı", "Trokas pharma və digər firmalar tərəfindən müxtəlif vaxtlarda idxal edilən 6 024 975,73 rubl, 15 339 avro, 92 233,6 ABŞ dolları və 448 türk lirəsi dəyərindəki dərman vasitələri Sumqayıt şəhəri yaxınlığındakı ekoloji poliqonda yandırılaraq məhv edilib.

 

 

BakuPost
Külli miqdarda dərman məhv edildi -  FOTOLAR
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər