Ru
11:39 / 28 Fevral 2017

Külli miqdarda civə satarkən tutuldu

652
Dövlət Gömrük Komitəsinin Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları külli miqdarda güclü təsiredici zəhərli maddə olan civə və həmin maddəni realizə etmək istəyən şəxsləri aşkar edib.


Komitənin mətbuat xidmətindən BakiPost.az-a daxil olan xəbərə görə, Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsi Əməliyyat İdarəsinə əvvəlcədən daxil olan məlumat əsasında Abşeron rayon Polis Şöbəsinin əməkdaşları ilə birlikdə əməliyyat keçirib. Əməliyyat nəticəsində Bakı-Sumqayıt yolunun 14-cü kilometrliyində yerləşən "Neapol” otelinin həyətində Azərbaycan Respublikası vətəndaşı Əliyev Etibar Rza oğlu ümumi çəkisi 8830 qram olan civəni əməliyyat tədbirinə şərti alıcı qismində cəlb edilmiş gömrük əməkdaşına satmaq istəyərkən saxlanılıb.


Daha sonra əməliyyat tədbirləri davam etdirilib və Etibar Əliyevə civəni satması üçün təhvil verən Azərbaycan Respublikası vətəndaşı Bayramov İlqar Bayram oğlu Bakı şəhəri, 20 Yanvar dairəsinin yaxınlığında saxlanılıb.


Hər iki şəxsə qarşı Azərbaycan Respublikası CM-nin 240.2.1 maddəsi ilə ittiham elan edilib və barələrində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.


Hazırda qeyd edilən cinayətin törədilməsində iştirak edən digər şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat və istintaq tədbirləri davam etdirilir.

 

Bakı Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər