Ru
12:49 / 25 Mart 2017

Valideynləri tərəfindən dilənməyə məcbur edilən 13 yaşlı qız - VİDEO

1398
Bu qızcığaz 7 il küçələrdə bu şəkildə dilənməyə məcbur edilib. Səhər tezdən küçlərə çıxarılıb və gecə yarısınadək valideynləri tərəfindən zorla diləndirilib.


BakiPost.az Xezerxeber.az-a istinadən məlumat verir ki, 13 yaşlı qız, uşaqlığını həmyaşıdlarından fərqli olaraq küçələrdə dilənərək keçirib. Onun sözlərinə görə, anası və nənəsi onun kimi qardaşını da zorla dilənməyə məcbur ediblər.


Qızcığaz deyir ki, onlar bir müddət bu şəkildə Yevlaxda yaşayıblar. Bakıya köçəndən sonra da işgəncə davam edib, daim diləndirilib. Dediyinə görə, evə az pul gətirəndə uşaqların günü-güzəranı olmayıb. Anası evə az pul gətirdiyi üçün onlara qarşı zorakılıqlarını artırıb.


13 yaşlı qız sonda dözə bilməyib diləndiyi yerdən heç kəsə xəbər vermədən qaçıb. Hazırda Azərbaycan Uşaqlar Birliyinin bir sığınacağında qalır. Bura sığınarkən oxuma - yazma bilməsə də indi belə deyil.

 

Bakı Post



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər