Kredit almaq istəyənlərin işi asanlaşacaq - VİDEO

Azərbaycanda banklar kredit verərkən özəl kredit bürolarının məlumatlarına əsaslanacaq. Riskləri önləmək üçün daha etibarlı məlumatlar hazırlayacaq ilk belə Kredit Bürosu təsis edilib.

BakiPost.az Xəzər TV-yə istinadən məlumat verir ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının Baş icraçı direktorunun müavini Asim Zülfüqarov təsis tədbirində bildirib ki, hazırda Mərkəzləşdirilmiş Kredit Reyestrində Azərbaycanda yetkin əhalinin cəmi 36 faizinin kredit tarixçələri cəmlənib.

Yeni büronun yaradılması ilə bu rəqəm xeyli arta və problemli kreditlər azala bilər.

Beynəlxalq Maliyyə Korporasiyasının Azərbaycandakı daimi nümayəndəsi Aliyə Əzimova isə yeni özəl maliyyə qurumunun xarici investorlar üçün vacib istinad mənbəyi ola biləcəyinə diqqət çəkib.

Kredit büroları bank və digər borcverən təşkilatların borc almaq istəyən şəxslərin əvvəlki borclarının tarixi, ödəmə statistikası, maliyyə intizamı və borc almaq arzusunda olanların gəlirlərinin əks olunduğu məlumat bazasıdır.

Kredit bürolarında borcalanların məlumatlarının təhlili aparılacaq.
 
Bakı Post


Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994502060266

XƏBƏR LENTİ

27 Aprel 2017
Bütün xəbərlər
Bütün xəbərlər