Köpəkbalığını yemləmək üçün suya girdi - Canını güclə qurtardı/ VİDEO

791
Dayvinq həvəskarı olan dalğıcın köpəkbalığı ilə üz-üzə gəldiyi video izlənmə rekordu qırır.

BakuPost xəbər verir ki, videoçarxı suya dalış zamanı 38 yaşlı Elton Polli Cənubi Afrika Respublikasının Durban şəhərində lentə alıb.  Dostları ilə birlikdə onları yemləmək marağı ilə, o qaraləkəli köpəkbalıqlarının arasınada üzməyə gedib. Balıqlardan biri gözlənilmədən Poliyə hücum edib, onun maskasını sındırıb və tənəffüs borusunu cırıb. Buna baxmayaraq dalğıc, öz soyuqqanlılığını qoruyaraq vəziyyətdən çıxa bilib.

Bu, köpəkbalıqları olan yerə Pollinin ilk enməsi deyil. O, dəfələrlə köpəkbalıqları olan suda üzüb və hesab edir ki, onu soyuqqanlılığı xilas etdi. "Köpəkbalığı sadəcə qorxdu və cəld uzaqlaşmaq istəyəndə başımdakı maskamı zədələdi", - deyə, o, heyvanın hərəkətlirini izah edib. 

İnsident nəticəsində nə dalğıc, nə də köpəkbalığı zədə almayıb. 

Məlumat üçün bildirək ki, qaraləkli köpəkbalıqları adətən insanlardan çəkinirlər və onlar üçün heç bir təhlükə yaratmırlar, amma qidaddan ötəri müəyyən aqressiya göstərə bilərlər.
 

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər