Ru
09:01 / 19 Avqust 2017

"Kontakt Home" mağazasında dava düşdü - Biabırçı video

38041
Aşağıdakı videoda izləyəcəyiniz dava-dalaş bu gün Yasamalda A.M.Şərifzadə küçəsində yerləşən "Kontakt Home" mağazalar şəbəkəsində yaşanıb. 


Adı açıqlanmayan xanım müştəri əvvəlcə xəzinə şöbəsinin otağında aldığı telefonun xarab çıxdığını sübut edərək haqqını tələb etməyə çalışıb, daha sonra onun oğlu da "Kontakt Home" mağazasının səlahiyyətli şəxsinə etiraz edib. Səbəb isə, mağazada işləyən şəxsin polisə zəng vuracağı hədəsi olub. 


Qadın iddia edir ki, 700 manat ödəniş edərək smartfon alıb, lakin telefon işləməyib. Daha sonra o "Kontakt Home" mağazasının servisinə gedib, ancaq orda da problem həll edilməyib. Onun dediyinə görə, servis xidməti telefonu yararsız çıxan müştərilərlə doludur. 


"Ölkə.Az" xəbər verir ki, Bizimyol.info saytının əməkdaşı bu hadisənin şahidi olub.


Xatırladaq ki, dünən tanınmış alim, beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev də öz "Facebook" profilində "Kontakt Home" mağazalar şəbəkəsini özbaşınalıqda ittiham etmiş və mağazanın qurbanı olduğunu yazmışdı.


Həmin statusu olduğu kimi təqdim edirik:


"Kontakt Home" mağazalarından mal almayın. Baxmayın sağda, solda verdikləri reklama... Məqsədləri xidmət deyil, sırf pul qazanmaqdır. Müştəri məmnunluğunu təmin edirlərmi, bir də vətəndaşlar qərar versin.


Müştəriyə başdan göstərdikləri etinasızlığı burada obyektiv şəkildə təqdim edirəm.


1. 12 avqust 2017 tarixində 3-cü mikrorayon dairəsinin yaxınlığında yerləşən "Kontakt Home" mağazasından 1350 manata nağd pulla LG markalı soyuducu alıram.


2. Soyuducu 14 avqust 2017 tarixində ünvana gətirilir. O saatda evdə yox idim. Soyuducunu gətirən şəxs soyuducunun böyük olduğuna görə mətbəxə girmədiyini, bunun üçün servis çağırıb qapının sökülüb sonradan quraşdıralacağını, servisdə bu xidmətin 40 manat olduğunu qeyd edir. Sonradan mətbəxin qapısını sökərək soyuducunu içəri salırlar.


3. Axşam evə gəldikdə, soyuducu qapısının bağlama mexanizmində bir qüsur aşkar edirəm. Soyuducunu heç qoşmuram.


4. Ertəsi gün, 15 avqustda, bunların texniki dəstək nömrəsinə zəng edirəm. Məsələyə pozitiv yanaşmadıqları üçün soyuducunu aldığım mağazaya gedirəm, müraciətimi alıb qeyd edirlər ki, ən geci sabah soyuducu dəyişdiriləcəkdir.


5. 15 və 16 avqustda texniki xidmətdən zəng gəlir ki, bu gün vaxt eləsələr bəlkə gəlib baxdılar. 16 avqustda 14.00 ilə 16.00 arasında bunları gözlədiyim halda gəlmədilər, halbuki razılaşmışdıq.


6. Satılan mal daha sonra xarab olmadığı, xarab halda mənə gətirilib təhvil verildiyi nəzərə alınsa, bu İnzibati Xətalar Məcəllləsinin 228-ci maddəsində nəzərdə tutulan inzibati xəta təşkil edir.


7. Bu 3 gün ərzində keçirdiyim əsəb gərginliyinin mənəvi zərər olaraq dəyəri bir xeyli yuxarı olsa gərək. 17 avqust 2017 tarixində saat 11 radələrində bunlarla telefonla əlaqə saxlayıb müdriyyətlə danışmağı tələb etsəm də, onlarla bağlamamışlar, onun əvəzində xəttə gözlədiblər, sonra da deyiblər ki texniki servis ilə əlaqə yarada bilməmişik, yarım saata əlaqə saxlayacayıq. Onlara açıq-açıq hansı addımları atacağımı bildirdim, məsələnin düzəldilməsi üçün hansı addımlar atacaqlarını soruşdum. Yəni məndən günah getdi. Bu səbəblə bu gün etibarıyla rəsmi instansiyalara şikayət edirəm və məsələni də ictimailəşdirirəm ki, gələcəkdə siz də belə bir qeyri-peşəkarlığın qurbanı olmayasınız.


8. 17 avqust axşam saatlarında mağazadan zəng edib, soyuducunun əvəzinə vitrindəki malı verməyi təklif etdilər. Qəbul etmədim. Həmin axşam soyuducunu qapısını öz imkanlarımla düzəltdirdim".


Qeyd edək ki, "Kontakt Home" mağazalar şəbəkəsi ilə bağlı şikayətlərin sayı günbəgün artmaqda davam edir. Mövzunu diqqətdə saxlayacağıq.

 

 


BakuPost
Şərhlər
  • Efsane Zərbəliyeva

    Edv verilib ama yuklenmiyib. Baxıram ki verdikleri cekde 0 faiz yazılıb. Ama yalandan deyirlər 1 həftə gözləyin yuklenecek.

  • Arif

    Qayuyan aldím qízıl zemanetle xarab cıxdı pulum batdı 9 ay işledi

  • ferid

    ne oldu dovletin adi cekildi deye yazmadiz werhlere. sizin haminizin vaxtina az galib. gacin.

  • ferid

    niye werh tesdig olundugdan sonra verilir sayta. bizde soz azadligi deyil ki. demeli deyilki werh yoxlandigdan sonra verilir.

  • ferid

    beli kontakt home atiwdi. kreditle verilen mallarin deyerinin 1000 gatini goyur ustune. millet girilir acinda. bu dovlet hara baxir.

  • Elşad

    Biz kondisioner almışıq quraşdırma üçün hər gün bu gün sabaha saxlayırlar. Hələ quraşdırma edilməyib 10 gündü evə gətirilib quraşdırmağa gəlmirlər.qurasdiran zaman inshaAllah ki,problem olmaz

  • Rafiq

    İnistaqramdan telefon sfarişi verdim redmi note 10 ayda 41 m ilkin ödənişsiz 12 aya telefonu gətirəndə ilkin ödəniş 100 m istədilər verdim sənətə sonra baxıram 640 m gəlib çıxır ayda 45m 12 aylıq 100 m da vermişəm fırıldaqçıdılar aldanmayın

  • Əliyeva şəbnem

    10gun deyldi telefon almisig sesler qirig qirig gedb gelr ALLAH BELALARNİ VERSİN KREDTİ VERMEYECEM NE EDİLER ETSİNLER

  • Namik

    Men de redmi not 4 aldım xarab oldu

  • Bayramov resad

    Men pandemiyadan qabaq hofman soba götürmüşdüm getirdim toka taxdim tutuldu

  • İsa

    mende 4aydi telefon almiwam xaraba qalmiw Kontakt home-dan online aldim 1aydi telefon donur oz ozune sone yanir. zemanet falanda qalib deyiwmirlerde birdefe bunnan qabaqda almiwdi telefon o da ele cixmiwdi gunahi ozumde bilirdim ama indi anladimki xarabadan alinan telefonlarin coxu ele cixirmiw tek men deyilem wikayet eden.

  • Mikayilov Ruslan Bahadurovic FHN 2V3W40Q

    Ba iram oxuyuram wikaytlernizi men bu kontakla 3 ildi aliw veriw edurem mene hele rast gelmedi eksine her hansi narazliq qalibsa derhal berpa edibler oda demey olarki prablem olmadi birdefe nokia telfon aldim xowma gelmedi 2 gunen soram qaytarmaqa ve bawqa madele deyiwmeye qerar verdim ve isteymide derhal sorqu olmadan deyiwdiler indi siz pisdiyrsiz ama men 3 ilden yuxaridi bularnan iwdiyrem sagolsun Kantakt hom filali her weyde mencun guzewler faizler 0 derece her hansi mal aldiqda derhal resimlewdirib yola saliblar heda gecikmelerim olub uc alti gunle mene qarwi ne sertleri oldu nede cermeler

  • Nuruyeva Pervane

    Men Martin 4 kontakt home den telefon almiwam redmi note 8 t telefon 14 gun erzinde WhatsApp da wekillerde esdi her gun yox mueyyen vaxtlarda Martin 22 olardi telefon iw yerimde qaraldi ekrana Android sekili geldi fosford yazisi here let etmedi tel sonmur yanmir mende telefon ustasina gorseddim dedi oz ozne acilsa acilacaq yoxsa aldigin yere muraciet ele. Etdim qaynar xet her gun daniwiram defekt telofonu deyiwmirler servis deyirki qusur awkarlamadiq mende qeyd etmiwem ki krediti vermiyecem qoy menim mehkemeye versinler mende haqqim olani isteyirem. Bawqa telefona yeni Samsunga kecid edirem bularda sirf defektli mali satincadi. Minus kontaktan alien verse etmeyin!

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər