Ru
20:11 / 09 Dekabr 2016

Kommunal xidmətlər sektoruna özəl şirkətlər cəlb ediləcək

1151
Azərbaycanda kommunal xidmətlər sahəsində səmərəliliyin və keyfiyyət səviyyəsinin təmin edilməsi məqsədilə özəl sektorun iştirakı nəzərdən keçirilə bilər.


Trend-in məlumatına görə, bu barədə Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi"ndə deyilir.


Qeyd olunur ki, dəyər zənciri üzrə elektrik enerjisinin istehsalının, ötürülməsinin, paylanmasının və satışının bir-birindən ayrılması və liberallaşdırılması dünya təcrübəsində artıq sınaqdan keçirilib. Bu təcrübə göstərir ki, elektrik enerjisi sektorunun liberallaşdırılması müxtəlif yollarla, o cümlədən 1) "Tik – idarə et – təhvil ver” (TİT modeli); 2) tam özəlləşdirmə; 3) idarəetməyə verilmə; 4) açıq tipli səhmdar cəmiyyətinə çevrilmə və ya 5) konsessiya müqaviləsi əsasında reallaşır.


Bu sektorda özəlləşdirmə, əsasən, istehsal (strateji obyektlər istisna olmaqla) və satış sferalarını əhatə edə bilər.

 

Bakı Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər