“Kitabxananı qutabxanaya çevirdilər” - Sabir Rüstəmxanlı Çingiz Abdullayevə haqq qazandırdı

Bakıdakı kitab evinin açılış mərasimində çıxış edən xalq yazıçısı Çingiz Abdullayevin çıxışı birmənalı qarşılanmayıb.

Qeyd edək ki, xalq yazıçısı müasir gəncləri və cəmiyyəti kəskin tənqid edib. O, Azərbaycan xalqının kitab oxumadığını deyib.
 
Çingiz Abdullayev həmçinin bildirib ki, torpaqları da ermənilər almayıb, azərbaycanlılar özləri qoyub qaçıblar.
Və sosial şəbəkələrdə Çingiz Abdullayev bu sözlərə görə "topa tutulub”...

Xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı Modern.az-a açıqlamasında özünün də həmin açılışda iştirak etdiyini bildirib.

"Amma media Çingiz Abdullayevin sözlərini təhrif edib. O deyib ki, Azərbaycanda kitab evləri çox azdır. Buna görə də kitab gedib  xalqa çatmır. İnsanlar da kitab oxuya bilmir. Ailələr də gərək gənclərin kitab oxumağı üçün onlarda marağı artırsınlar”.
 
S.Rüstəmxanlının sözlərinə görə, Çingiz Abdullayev "torpaqları ermənilər almayıb, azərbaycanlılar özləri qoyub qaçıblar” fikrini də ifadə etməyib.

"Çingiz elə bir söz deməyib axı. O deyib ki, torpağı, vətəni qorumaq, həm də güclü olmaq üçün kitab oxumaq lazımdır. O sözləri onun adından kim uydurub axı?.. Çingiz Abdullayev son dərəcə ayıq, vətənpərvər, milli mövqedən çıxış edən və xalqı elmə, biliyə səsləyən gözəl bir çıxış edib.
 
 Mən də o cür çıxış etmişəm. Demişəm ki, Mirzə Ələkbər Sabirin heykəlinin qarşısında Akademiya kitab evi vardı. O kitab evini dəyişdilər. Nəticədə isə kitabxana qutabxanaya çevrildi. Bir millət ki, kitabı qutaba dəyişirsə, onun gələcəyi ola bilməz. Eyni sözü mən də Çingiz Abdullayev də demişik. Bu, millət üçün yanmaq və gələcəyini düşünməkdir. Buna qulpqoymaq və xoşagəlməz hallar axtarmaq düzgün deyil”.
 
 
  mən
Bakı Post
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

19 Avqust 2017
18 Avqust 2017
Bütün xəbərlər
Bütün xəbərlər