Ru
12:25 / 24 İyun 2018

“Kitab baba”nın 50 yaşı olur

3397
Bu gün "Qanun" Nəşrlər Evinin direktoru, cəmiyyətdə "Kitab Baba” kimi tanınan Şahbaz Xuduoğlunun 50 yaşı tamam olur. 


BakuPost xəbər verir ki, o, 1968-ci ilin bu günündə anadan olub. 


Bülbül adına orta ixtisas musiqi məktəbini, sonra isə İncəsənət Universitetini bitirib. Bir müddət Yuğ teatrında çalışıb. Sonra tamam başqa ixtisasa yiyələnib. Əvvəlcə Təfəkkür, sonra isə Bakı Dövlət Universitetlərinin  Hüquq fakültəsini bitirib.  


1992-ci ildə "Qanun" jurnalını yaradıb. Jurnalın redaksiyasının tərkibində bir şöbə kimi yaratdığı "Qanun" Nəşrlər Evi 1996-cı ildə Azərbaycanın ilk müstəqil nəşriyyat kimi özünü elan edib. Hazırda nəşriyyat ölkənin ən böyük yayın evi kimi fəaliyyətini davam etdirir. "Qanun” 6000 addan artıq kitab nəşr edib. 


Bundan  başqa, Şahbaz Xuduoğlu Azərbaycan ədəbiyyatının inkişafında, yeni yazarların tanıdılması, onların əsərlərinin çapı sahəsində müstəsna xidmətləri olan şəxs kimi tanınır. Bu fəaliyyətinə görə o, 23 noyabr 2015-ci ildə "Rafiq Tağı mükafatı"na layiq görülüb.


Dövrü mətbuatda tez-tez müəllif yazıları ilə çıxış edən naşir, özü də tərcümə ilə məşğul olur.


Картинки по запросу şahbaz xuduoğlu

Картинки по запросу şahbaz xuduoğlu

Картинки по запросу şahbaz xuduoğlu

Картинки по запросу şahbaz xuduoğlu

Картинки по запросу şahbaz xuduoğlu

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər