Kimlərə qurban əti yemək olmaz? – Bu xəstəliyi olanlar ehtiyatlı olsun

1085
Qarşıdan gələn Qurbanlıq günü ilə əlaqədar çox evlərdə quzu, qoç əti bol olacaq və bu ətdən yeməklər bişəcək. Qurban ətindən yemək, dadmaq savabdır deyirlər. Amma son zamanlar əhali arasında yayılmış bəzi xəstəlikləri nəzərə alıb qoyun, qoç ətinin zərərləri barədə də xəbərdarlıq etməyi vacib hesab etdik.

BakuPost xəbər verir ki, Medicina.az qurban ətinin hansı xəstələrə qadağan olduğunu araşdırıb. Əgər bu siyahıya nəzər yetirsək, onu demək  olar ki, çox insanlar bu ərəfədə qurbanlıq ətdən bişən yeməklərdən uzaq durmalıdır.

Terapevt Arzu Musayevanın sayta verdiyi açıqlamada qoyun ətinin bu patologiyalara zərərli olduğunu bildirdi:

" İlk növbədə, qoyun əti mədə-bağırsaqda turşuluq dərəcəsini artırır, gec həzm olur. Ona görə xorası, qastriti, reflüks, yüksək turşuluqla bağlı mədə problemləri, xolesistiti olan insanlara qoyun əti yemək olmaz. 

Qurbanlıq ət 2 yaşa kimi uşaqlara və yaşı 70-i keçmiş ahıllara da olmaz. Çünki 2 yaşa kimi uşaqların mədə-bağırsağı və turşuluğu bu ətin həzminə uyğun inkişaf etməyib.

Həmçinin əhali arasında geniş yayılmış bu xəstəliklərdə də qoyun ətindən uzaq durulmalıdır:

-Artrit, artroz – qoyun sümüyündə olan bakteriyalar xəstəliyi ağırlaşdıra bilər
-Ateroskleroz – damarlarında tutulması olanlar
-Qan təzyiqi yüksək olanlar
-Şəkərli diabet xəstələri

-Ürək –damar problemləri olanlar, insult, infarkt keçirənlər, ürəyində stend yerləşdirilənlər – qoyun ətində yüksək miqdarda lipid olduğu üçün qanda lipidi artırır. 
-Böyrəklərində və öd kisəsində daş olanlar
-Qaraciyər xəstələri
-Podaqrası olanlar
 
Xüsusən qurban kəsiləndən sonra içalatını qovurma edib yeyənlər də ehtiyatlı olmalıdır. Qoyunun qaraciyərində sidik turşusu çox olduğundan, podaqra, daş və oynaq problemi olanlar ikiqat zərər görə bilər. 
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər