Ru
12:56 / 17 İyun 2018

Kim Çenə 47 bəndlik TƏLƏBLƏR - Ölkədə elan etməlidir ki...

2184
ABŞ nüvə silahının ləğvi ilə bağlı Koreya Xalq Demokratik Respublikasına (KXDR) 47 bəndlik tələblər irəli sürüb.


BakuPost xəbər verir ki, bu barədə Yaponiyanın xarici işlər naziri Taro Kono NHK telekanalına müsahibəsində bəyan edib.


"ABŞ-ın dövlət katibi Maykl Pompeo Pxenyana səfəri zamanı KXDR-in diqqətinə çatdırıb ki, onun ölkəsi "tam nüvəsizləşdirmə” anlayışına nüvə silahının, o cümlədən kimyəvi və bioloji silahlar da daxil olmaqla digər kütləvi qırğın silahlarının, həmçinin raketlərin və başqa müvafiq obyektlərin nəzarət olunan və dönməz şəkildə ləğvini nəzərdə tutur. Bununla əlaqədar KXDR-ə 47 istiqamət üzrə tələblər təqdim edilib. Əgər nüvə silahının tam ləğvi ilə bağlı tələblər bu qaydalar çərçivəsində həyata keçirilməsə, KXDR-ə qarşı sanksiyalar aradan qaldırılmayacaq”, - deyə T.Kono bildirib.


Nazir qeyd edib ki, KXDR ABŞ tərəfindən təhlükəsizlik barədə təminatın müqabilində nüvə silahının tam ləğvi ilə bağlı öhdəliyindən yayınmamalıdır.


T.Kono deyib: "Şimali Koreyada rəhbərin vədi, xüsusən o yazılı formada verilibsə, xüsusi məna daşıyır. Mühüm əhəmiyyət kəsb edən məqam isə tam nüvəsizləşdirilmənin ölkə daxilində elan edilməsidir. Hesab edirəm ki, belə olan təqdirdə KXDR öz öhdəliklərindən geri çəkilməyəcək”.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər