Ru
23:35 / 25 Fevral 2017

Kim Çen Namı öldürməkdə şübhəli bilinən qadına 90 dollar verilib

1238
Şimali Koreya liderinin atabir qardaşının ölümü ilə bağlı həbs edilən indoneziyalı qadın deyir ki, "zarafatı" həyata keçirmək üçün ona 400 Malayziya ringgiti ($90) verilmişdi.

 

BakiPost.az musavat.com-a istinadən xəbər verir ki, İndoneziya səfirliyinin rəsmiləri 25 yaşlı Siti Aisyah ilə şənbə günü Malayziya paytaxtında görüşüb.

 

O deyib ki, realiti-şou üçün zarafat olaraq Kim Çen Namın üzünə "uşaq yağı" sürtmək üçün ona pul ödənilib.

 

Tibbi yoxlamalara əsasən cənab Kim yüksək dərəcədə zəhərli sinir qazı olan VX ilə qətlə yetirilib.

Qeyd edək ki, bu maddə BMT tərəfindən kütləvi qırğın vasitəsi kimi qiymətləndirilir.

Bu hücumun arxasında Şimali Koreyanın durduğu barədə fikirlər geniş yayılsa da Şimali Koreya iddiaları rədd edir.

Siti Aisyah-dan başqa, hadisə ilə bağlı vyetnamlı qadın və Şimali koreyalı kişi də həbs olunub. Daha 7 nəfər axtarışa verilib.

 

Bakı Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər