Ru
23:31 / 18 İyun 2018

“Keyxanım” biznesmenlə ailə qurur - TOYDAN FOTOLAR

7215
Bu gün "Keyxanım” ləqəbi ilə tanınan aktrisa Ülviyyə Əliyevanın toyudur.


BakuPost axşam.az-a istinadən xəbər verir ki, şəhər restoranlarından birində baş tutan məclis mediaya qapalı keçirir.


Tədbirdə bir çox şou-biznes nümayəndələri iştirak edir. Onlar toydan görüntüləri sosial şəbəkələrdə paylaşıblar.


Qeyd edək ki, aktrisanın həyat yoldaşı Manaf Muxtarov Rusiyada yaşayır. Bu Manaf bəyin ikinci evliliyidir. Onun ilk nikahdan bir qız övladı var. Rusiyada yaşayan Manaf bizneslə məşğuldur. Cütlüyün toyu həm Bakıda, həm də Rusiyada gerçəkləşəcək.

 

Onu da əlavə edək ki, bu, 37 yaşlı "Keyxanım”ın da ikinci evliliyidir. Aktrisanın ilk evliliyi öz həmkarı ilə olmuşdu.

 

“Keyxanım” biznesmenlə ailə qurur -  TOYDAN FOTOLAR
“Keyxanım” biznesmenlə ailə qurur -  TOYDAN FOTOLAR
“Keyxanım” biznesmenlə ailə qurur -  TOYDAN FOTOLAR
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər