Ru
09:45 / 18 Oktyabr 2018

- Futbolçu baş məşqçini döydü “Kəpəz”də insident

1498
Azərbaycan futbolunda daha bir şok olay yaşanıb. Gəncənin "Kəpəz” komandasının baş məşqçisi Etibar İbrahimov döyülüb.


BakuPost-un məlumatına görə, Gəncədəki mənbələrdən sport7.az-a daxil olan məlumatda bildirilir ki, gənc çalışdırıcını "Kəpəz”in müdafiəçisi Şöhrət Quliyev vurub. Buna səbəb isə məşq zamanı çalışdırıcının Quliyevi ağır ifadələrlə təhqir etməsi olub. Məşqçinin söyüşlərindən sonra yumruqlar işə düşüb və İbrahimov Şöhrət Quliyev tərəfindən döyülüb.


Xəsarət alan çalışdırıcı xəstəxanaya müraciət etməyib. Hazırda söz-söhbətin böyüməməsi üçün müdafiəçi ilə baş məşqçinin münasibətlərinin qaydaya salınması üçün işlər aparılır.


Məlumat axşam saatlarında daxil olduğu üçün sayt "Kəpəz”in mətbuat xidmətindən məsələ ilə bağlı münasibət öyrənə bilməyib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər