Ru
21:14 / 24 Aprel 2018

Kənddə yaşayanları təhqir edən Metropoliten rəsmisi ÜZR İSTƏDİ

2844
Xəbər verdiyimiz kimi, bu gün "Bakı Metropoliteni” QSC-nin Marketinq və Reklam şöbəsinin müdiri Lalə Babayevanın "Facebook”da yazdığı "Çastpik” yazanlar öz kəndində qalsaydı, belə problem yaranmazdı. Həm təmiz, həm də rahat metro olardı” sözləri qalmaqala səbəb olub, hətta ona qarşı "Hamımız kəndçiyik” həştəqi ilə kampaniya başlanılıb.


BakuPost-un məlumatına görə, Lalə Babayeva baş verən hadisələr fonunda yazdıqlarının düzgün anlaşılmadığını bildirərək hər kəsdən üzr istəyib.


"Hörmətli soydaşlarımız, bu gün sosial şəbəkədə fikir ayrılığına səbəb olan şərhim təəssüf edirəm ki, düzgün anlaşılmayıb və həmin şərh heç də çalışdığım müəssisənin mövqeyini əks etdirmir. Bu səbəbdən, Azərbaycan vətəndaşı olaraq cəmiyyətimizdə belə arzuolunmaz rəy yarandığı üçün çox təəssüf edir, bütün həmvətənlərimizdən yanlış anlaşmaya görə üzr istəyirəm”, - deyə o qeyd edib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər