Ru
14:16 / 27 Mart 2017

Kənan Hacı nəhayət iş tapdı

4693
Yazar Kənan Hacı işlə təmin olunub.


Şairin A24.Az -a verdiyi açıqlamaya görə artıq bu gündən işə başlayacaq: "Yaradıcılıq fondundan zəng elədilər. Artıq bu gündən işə dəvət ediblər. SİM-SİM.AZ mədəniyyət portalında redaktor işi təklif ediblər. Razılaşdıq. Artıq işə başlayıram. Yəqin ki, bu saytda ədəbi yazılarım da yayımlanacaq”.


Qeyd edək ki, Kənan Hacı 20 ildən artıqdır ədəbi mühitdədir. Yazarın 10-dan artıq şeir, nəsr, publisistik janrda kitabları nəşr edilib. Yazarın son iş yeri "Aydın yol” qəzeti olmuşdu. Bir neçə ay öncə qəzet bağlandıqdan sonra Kənan Hacı da ixtisara düşən işçilərdən oldu. Son bir neçə ayda yazar işsizlikdən əziyyət çəkirdi. O, hətta bir müddət taksi fəaliyyəti ilə də məşğul olmuşdu.

 

Bakı Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər