Ru
14:20 / 18 Oktyabr 2018

Çökən yol bərpa olunur - Şirkət tərəfindən

1643
"Ötən gün paytaxtın Səməd Vurğun küçəsində yolun çökən hissəsinin bərpasına artıq başlanılıb".


BakuPost Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.


Onun sözlərinə görə, bərpa işləri ötən gecədən başlayıb: "Hazırda hadisə yerində işlər gedir. Bərpa işləri tikinti şirkəti tərəfindən aparılır. Çökən yerə yeni topraq qatı gətirilib, boş olan yerlər doldurulur. Yol düzəldikdən sora piyada səkilərinin bərpası istiqamətində addımlar atılacaq".


A.Nəcəfli qeyd edib ki, qəza yerində çox ciddi problem olmadığından işlər yekunlaşdıqdan sonra binanın tikintisi davam etdiriləcək.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər