Keçmiş məhkumdan silah götürüldü

917
Daxili işlər orqanlarının əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində tədbirlər davam etdirilir.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan BakuPost-a verilən məlumata görə, Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Vəndam qəsəbə sakini, əvvəllər məhkum olunmuş Əlimran Mirzalıyevdən 1 ədəd, müvafiq sənədləri olmayan təklülə, qanunsuz saxladığı ov tüfəngi aşkar olunaraq götürülüb.

Faktla bağlı RPŞ-də araşdırma aparılır.
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər