Ru
12:13 / 23 Yanvar 2018

Keçmiş məhkum pulemyotla yaxalandı

619
Daxili işlər orqanlarının əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində tədbirlər davam etdirilir.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BakuPost-a verilən məlumata görə, daxil olan məlumat əsasında Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsi əməkdaşlarının yanvarın 22-də keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayonunun Məhəmmədi kənd sakini, əvvəllər məhkum olunmuş Cənnət Məcidovun yaşadığı evə baxış keçirilib və oradan "RPK 74” markalı silah və 5 ədəd patron aşkar edilərək götürülüb.


Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Muğan qəsəbə sakini Qurbət Əsgərovun yaşadığı evə baxış zamanı isə "TOZ-16” markalı tüfəng və 2 ədəd patron aşkar edilib.


Saxlanılan şəxslər götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil veriliblər. Faktlarla bağlı cinayət işləri başlanılıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər