Keçmiş deputatdan Mirşahinin ailəsinə qarşı tərbiyəsizlik - Söyüşü silaha çevirənlər

6104
Dünən Mirşahinin mətbuatda tozanaq qoparan, böyük səs-küyə səbəb olan məlum statusu onun ağır şəkildə təhqir olunmasına səbəb olub.
 
BakuPost xəbər verir ki, tanınmış jurnalisti ən ağır söyüşlərlə təhqir edən isə onun həmkarı, keçmiş deputat Etibar Hüseynov olub. O, heç bir əndazə gözləmədən Mirşahinin ailə üzvlərini açıq şəkildə təhqir edib. Bundan əlavə, Mirşahinə televiziya etibar edilməsinin səhv addım olduğunu bildirib: "Zaman göstərdi ki, ötən iki il ərzində Mirşahin qətiyyən ağıllanmayıb. Və bu ağılın sahibinə də TV etibar eləmək, meymunun əlinə avtomat vermək kimi bir şeydir”.

Məlumata görə, M. Ağayev keçmiş deputatın bu söyüşlərinə cavabını onun inboksuna yazıb və onu blok edib. 

Qeyd edək ki, tanınmış teleparıcının dünən öz feysbuk hesabında yazdığı aşağıdakı status qalmaqala səbəb olub: "Bəli, Mirşahin qayıdır, hazırlaşın. Narahat olmayın, təhqir edilməyəcəksiz. Ona görə ki, bu, mənim xarakterimcə deyil. Amma layiq olduğunuz cavabı mütləq alacaqsınız. Sosial şəbəkələrdə paylaşımlara şərh, daha doğrusu, şər yazanlar, nə xoşunuza gəlmir? Mənim düşərgəmi tanımırdınız ki? Əlbəttə, mən dövlətin yanındayam və sizinlə savaşanların önündə olacağam. Başqa cür olsaydı, təəccüblü olardı. Siz məni kiminsə söyüş dolu çıxışına istinadla təhqir edirsiniz. Amma sizi açıb ortaya qoyacam ki, xalq əsl içinizi görsün. Tezliklə sırada olacam və 1 il 8 ay ərzində ünvanıma ulaşılanların əvəzi çıxılacaq! Mən sizin ana və bacınızı söyməyəcəm, sadəcə…sevəcəm!” 

Sonra Mirşahin açıqlama verərək, bu statusun bir neçə nəfərə aid olduğunu bildirib. Dediklərindən belə məlum olub ki, onun hədəfi Avropaya sığınan və ölkəmizin simvollarına qarşı həqarət edən şəxslərdir. 

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər