Ru
10:46 / 24 May 2017

Kəbirə Məmmədovanın bacısının evi yandı - Ölən var

1154
Bakıda yaşayış evində baş verən yanğında xəsarət alan şəxs 5 gün sonra xəstəxanada ölüb.

 

Xəzər rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, mayın 19-da Şağan qəsəbəsində Səbirə Məmmədovaya məxsus evdə yanğın baş verib. Yanğın nəticəsində evdə mühafizəçi işləyən, 41 yaşlı Natiq Cabbarov yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.


Həkimlərin səyinə baxmayaraq, N. Cabbarov ötən gün xəstəxanada ölüb.


Faktla bağlı araşdırma aparılır.


Polisdən həmçinin bildirilib ki, S. Məmmədova sahibkar qadın Kəbirə Məmmədovanın bacısıdır.


BakuPost
Kəbirə Məmmədovanın bacısının evi yandı -  Ölən var
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər