Kanalizasiya quyusunda partlayış - Yaralılar var/YENİLƏNİB

Bərdə şəhərində kanalizasiya quyusunda baş verən partlayışın səbəbi məlum olub. 
 
Bərdə Su Kanalizasiya İdarəsinin rəisi Şəmil Ziyadov APA-ya açıqlamasında deyib ki, vətəndaş Elşən Cavadov evinin qarşısında 6 metrlik kanalizasiya quyusu qazıb. 
 
O qeyd edib ki, həmin kanalizasiya quyusunun Bərdə Su Kanalizasiya İdarəsinə heç bir aidiyyəti yoxdur, vətəndaşın özü tərəfindən qazılıb: "Bu gün Elşən Cavadovun anası Aşa Cavadova kanalizasiya quyusunun qapağını açıb və quyuya baxmaq üçün ora batareya işığı salıb. Partlayış da məhz bu zaman baş verib. Çünki kanalizasiya quyusunda həmişə metan qazı olur”.   
 
***
18:12
 
Bərdə şəhərində, kanalizasiya quyusunda partlayış baş verib.
 
BakiPost.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Ədalət Ədilov küçəsi, ev 34 ünvanında qeydə alınıb. Həmin ünvandakı həyətin kanalizasiya quyusunda baş verən partlayış nəticəsində 1984-cü il təvəllüdlü Nüşabə Naibova və 40 yaşlı Niyaməddin Qarayev müxtəlif bədən xəsarətləri alaraq Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Xəstəxanadan onun vəziyyətinin orta ağır olduğunu bildiriblər.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. 
 
Bakı Post
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994502060266

XƏBƏR LENTİ

22 May 2017
Bütün xəbərlər
Bütün xəbərlər