Ru
12:27 / 20 İyul 2017

Jurnalistlərə yeni mənzillər paylandı - FOTOLAR

1131
Jurnalistlər üçün tikilmiş ikinci binada mənzillərin paylanması mərasimi keçirilib.

 

APA-nın məlumatına görə, 255 jurnalistə mənzillərin paylanması püşkatma yolu ilə olub.

 

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin "Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2013-cü il 22 iyul tarixli Sərəncamı ilə tikilən 3 bloklu, 17 mərtəbəli bu binanın ümumi inşaat sahəsi 34 min kvadratmetrdir. Binada 9 bir otaqlı, 144 ikiotaqlı, 93 üçotaqlı və 9 dördotaqlı olmaqla, 255 mənzil var. Binada mənzillə təmin edilən 255 jurnalist arasında "APA Holding”in altı əməkdaşı da var.

 

 

BakuPost
Jurnalistlərə yeni mənzillər paylandı -  FOTOLAR
Jurnalistlərə yeni mənzillər paylandı -  FOTOLAR
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər