Ru
15:26 / 18 Yanvar 2017

Jurnalistlər BSU-dakı imtahanları izlədi - FOTO

1236

Bir sıra
mətbuat orqanlarının rəhbərləri və əməkdaşları imtahan sessiyasının
gedişi ilə tanış olmaq üçün Bakı Slavyan Universitetində olub.


BakiPost.az xəbər verir ki, jurnalistlər arasında modern.az saytının rəhbəri
Elşad Eyvazlı, BakiPost.az saytının rəhbəri Elçin Zahiroğlu, pressday.az saytının rəhbəri Azər Hüseynbala, faktinfo.az
saytının əməkdaşı Fuad İsgəndərov, Azvision.az saytının baş redaktoru
Vüsal Məmmədov, Azadinform.az saytının əməkdaşı Rüstəm Əliyev, faktor.az
–ın redaktoru İntiqam Yaşar, "Azərbaycan müəllimi” qəzetinin müxbiri Rəşad
Ziyadov olub.

Media
nümayəndələrini ilk olaraq imtahan qərargahının rəhbəri, BSU-nun elmi işlər üzrə
prorektoru, professor Rafiq Novruzov qarşılayaraq, qərargahın fəaliyyəti barədə
onlara ətraflı məlumat verib.

R.Novruzov imtahanların obyektivliyinin və şəffaflığının
təmin edilməsi məqsədilə qərargah üzvləri sırasında professor-müəllim heyəti
ilə yanaşı, tələbə və valideynlərin də təmsil olunduğunu jurnalistlərin diqqətinə
çatdırıb. O, qərargaha daxil olan şikayətlərə dərhal baxıldığını və tələbələrin
öz iştirakı ilə qiymətləndirilmə aparıldığını bildirib.

Sonra BSU-nun rektoru professor Nurlana
Əliyevanın iştirakı ilə jurnalistlər universitetin ayrı-ayrı
auditoriyalarında keçirilən imtahanların gedişatı ilə tanış olublar.
Media nümayəndələri tələbələrlə dialoqda onları narahat edən problemlərin
olub-olmaması ilə maraqlanıblar. Bütün auditoriyalarda tələbələr onlara
yaradılan şəraitdən razılıq edərək, imtahana heç bir kənar müdaxilınin
olmadığını bildiriblər.

Jurnalistlər auditoriyaların müasir standartlara
cavab verməsini, imtahanların şəffaflığının təmin edilməsi məqsədilə
auditoruiyalara video- kameralar vasitəsi ilə nəzarət edilməsini, ağıllı
elektron yazı lövhələrin quraşdırılmasını, obyektivliyin qorunması üçün tələbələrdən
mobil telefonların yığılmasını yüksək qiymətləndiriblər.

İmtahanların gedişi ilə tanışlıqdan sonra BSU-nun
rektoru Nurlana Əliyeva jurnalistləri çay süfrəsi arxasına dəvət edərək,
onlarla səmimi söhbət edib. Söhbət zamanı rektor mozaikaların sökülməsi,
təmirə sərf olunan vəsait və s. barədə sualları cavablandırıb. N.Əliyeva sonda
jurnalistlərdən obyektivliyi gözləməyi xahiş edib.

 

Bakı Post

 

Jurnalistlər BSU-dakı imtahanları izlədi -  FOTO
Jurnalistlər BSU-dakı imtahanları izlədi -  FOTO
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər