Jurnalist ANS-i məhkəməyə verir - Pul qalmaqalı

Jurnalist Ülviyyə Alovlu fəaliyyəti dayandırılmış ANS şirkətlər qrupunu məhkəməyə verməyə hazırlaşır.

BakiPost.az xəbər verir ki, bu barədə o, sosial şəbəkələrdə məlumat paylaşıb. Jurnalist ANS rəhbərliyinin ona pul borcu olduğunu deyib: "Bu, ANS və ANS-in bütün cavabdeh şəxslərinə sonuncu xəbərdarlığımdır.

Ha dedim ki, eyibdir, bir az gözləyim, amma görürəm ki, alınmır.

Mənim "Şokolad" verilişində aparıcı kimi bir aylıq fəaliyyətimin nəticəsi olaraq məvacibim yaxın 3 gün ərzində ödənilməsə, hüquq-mühafizə orqanlarına müraciət edəcəyəm.

Ədalət gözləntisində olan ANS-çilər əvvəlcə özlərindən gözlənilən ədaləti bərqərar etsinlər!

İki ildir ki - "sabahlarla" başımı bişirməklərindən təngə gəldim artıq”.

Bakı Post

Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

18 Oktyabr 2017
Bütün xəbərlər
Bütün xəbərlər