Ru
23:14 / 19 Yanvar 2017

"Jiquli" traktora çırpıldı - 4 nəfər ağır yaralandı

1122
Ağcabədi rayonu ərazisində baş verən yol qəzasında 4 nəfər ağır yaralanıb.

 

Hadisə rayonun Sarcalı kəndi ərazisində baş verib. APA-nın Qarabağ bürosunun xəbərinə görə, Əliyev Səfiqulu Saday oğlunun idarə etdiyi "VAZ 21011” markalı,  04 BL 847 dövlət nömrə nişanlı avtomobil traktora qoşulan lapetlə toqquşub.

 

Nəticədə "VAZ 21 011” markalı maşında olan sürücü S. Əiyev , Hüseynov Əli Ziyad oğlu,  Qasımov Adil Cəlal oğlu və Hüseynzadə Həsən Səfər oğlu ağır bədən xəsarətləri ilə Ağdam Mərkəzi Rayon Xəstaxanasına çatdırılıb.

 

Xəstəxanadan verilən xəbərə görə, yaralıların vəziyyəti ağırdır.

 

Bakı Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər