Ru
00:39 / 27 İyul 2018

“Jara”nın açılışından FOTOLAR

4115
Bu gün Bakıda "Jara" Beynəlxalq Musiqi Festivalının açılışı olub.


Qeyd edək ki, Bakı üçüncü ildir ki, "Jara” Beynəlxalq Musiqi Festivalına ev sahibliyi edir. Bu il "Jara” musiqi mükafatı layiqli sahiblərinə təqdim olunub, festival MDB üzrə ən yaxşı yay festivallarının üçlüyünə daxil edilib, habelə "Jara TV” və "Jara” radiostansiyası yayım məkanında öz auditoriyasını formalaşdırıb.


Festivalın açılış mərasimində Alekseev, Artik & Asti, A`Studio, Brandon Stone, Burito, DoReDos, Doni, EMIN, Feduk, LOBODA, L`One, Monatik, NK, Natan, Nyusha, Aleksandr Panayotov, Aleksey Çumakov, Ani Lorak, Anna Sedokova, Artyom Pivovarov, Vremya i Steklo, Qlyuk’oza, Qradusı, Qriqori Leps, Yeqor Krid, Klava Koka, MOT, Maks Barskix, Mişa Marvin, Nikolay Baskov, Pitsa, Sergey Lazarev, Slava, Soqdiana, Sultan, Timati, Filip Kirkorov, Elina Çaqa, Yuliya Kovalçuk və digər məşhur musiqiçilərin iştirakı ilə qala-konsert keçirilir.


Festivalın təşkilatçıları müğənni və bəstəkar, Azərbaycanın Xalq Artisti Emin Ağalarov, Rusiyanın Əməkdar Artisti Qriqori Leps, "Russkoye radio”nun və "Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur.


BakuPost Trend-ə istinadən festivalın açılış mərasimindən fotoları təqdim edir:

 

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər