Ru
23:06 / 22 May 2017

İslamiadanın bağlanış mərasimi başa çatdı - VİDEO/YENİLƏNİB

1149


İslamiadanın bağlanış mərasimi başa çatıb.
 

BakiPost.az-ın məlumatına görə, mərasimdə beş müğənni - Səmra Rəhimli, Nigar Camal, Miri Yusif, Səbinə Babayeva və Eldar əsas və yan səhnələrdə ifa ediblər.

 

Müğənni Tünzalə Ağayeva səhnədə iki mahnı -"Salam Bakı” – "Bakı 2017” könüllülərin himni və "Mən Azərbaycanlıyam” mahnıları ilə "Birlik” konsertini başa çatdırıb. Konsert stadion üzərində atəşfəşanlıqla başa çatıb.

 

  ***

22:17

 

IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimində Bakı Olimpiya Stadionda ekranlarda 2021-ci ildə İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək İstanbul şəhərinə bütün dünyanı dəvət edən videoçarx nümayiş etdirilib.
 

BakiPost.az-ın məlumatına görə, Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının hərbçiləri İslam Həmrəyliyi İdman Federasiyasının (ISSF) bayrağını endiriblər.

 

Onlar bayrağı stadiondan aparmaq üçün digər 8 hərbçiyə təqdim ediblər. ISSF-in bayrağı endirildiyi zaman Benjamin Brittenin "The Young Person’s Guide to the Orchestra” musiqisi səsləndirilib. İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi Faisal Əbdüləziz Əl Nassar bayrağı Türkiyə Respublikasının gənclər və idman nazirinin müavini, "İstanbul 2021” İslam Həmrəyliyi Oyunlarının nümayəndəsi Kamuran Özdənə təqdim edib. Türkiyənin milli himni səsləndirildiyi zaman Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının üç hərbçisi bayrağı qaldırıb.

 

 ***

21:06

 

IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi start götürüb.

 

BakiPost.az-ın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev, birinci vitse-prezident və "Bakı 2017” Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi Faisal Əbdüləziz Əl Nassarın mərasimdə iştirak edir.

 

İslamiadada 268 dəst medal sahibini tapıb.

 

11 gün ərzində 269 qızıl, 267 gümüş, 350 bürünc, ümumilikdə 886 mükafat 40 ölkə təmsilçisi arasında bölüşdürülüb.

 

Bu medallardan 162-si Azərbaycan idmançılarının payına düşüb. Ümumi medal sayında Türkiyədən (195) geri qalmasına baxmayaraq, əyarına görə yığmamız İslamiadanın qalibi olub. Bununla da ölkəmiz tarixində ilk dəfə multi-idman tədbirinin ən güclüsü adına yiyələnib.

 

Yarışa qatılan 14 ölkənin komandası isə Bakıdan əliboş qayıdır. 

 

Bakı Post








İslamiadanın bağlanış mərasimi başa çatdı -  VİDEO/YENİLƏNİB
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər