Ru
22:43 / 26 Aprel 2017

İtlərin toyuna görə Aşıqlar Birliyindən qovulan aşıq danışdı - VİDEO

1879
Xəbər verdiyimiz kimi, Goranbaydakı iş adamı Qalib Mustafayevin itlərinin toyundan iştirak edən balaban ifaçısı Haqverdi Əliyev Azərbaycan Aşıqlar Birliyindən çıxarılıb. 


BakiPost.az xəbər verir ki, "Xəzər Xəbər”ə danışan balaban ifaçısı Haqverdi Əliyev toyda bəy və gəlinin itlər olacağından xəbərsiz olduqlarını deyir. Amma toyda itlərə bəy tərifi demələrini də gülərək boynuna alır.

Haqverdi Əliyev ona qarşı olan iddiaların əsassız olduğunu deyir. O, Aşıqlar Birliyinə qərarı dəyişmək üçün yenidən müraciət edəcək.


İtlərə bəy tərifi deyən aşıq Şəmməd isə toyun normal bir mərasim olacağını zənn etdiyi üçün getdiyini deyir.

Toydakı əziyyətlərinə görə pul belə almadıqlarını deyən aşıqlar bu videonun yayılmasını onlara qarşı edilən təxribat olduğunu deyirlər.

 

Bakı Post




Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər