İtkin düşmüş alpinistlər dəfn edildi - FOTOLAR + VİDEO

2821
Quba rayonunda meyiti tapılan alpinistlərdən Namin Nizami oğlu Bünyatzadənin nəşi doğulduğu Şəmkir rayonuna gətirilib.
 
BakuPost report-a istinadən xəbər verir ki, rayonun Yeni Həyat kəndində olan baba evinə gətirilən alpinistin nəşini yaxın qohumları ilə yanaşı kənd sakinləri və ictimaiyyət nümayəndələri qarşılayıblar.
 

 
Digər itkin düşmüş alpinist Fəridə Cəbrayılzadə Masallıda dəfn edilib.
 
"Gilavar" Hava və Ekstrim İdman Klubunun üzvü Fəridə Zəbiyulla qızı Cəbrayılzadə Masallı rayonunun Şərəfə kəndində yerləşən qəbiristanlıqda torpağa tapşırılıb.
 
Hər iki alpinistin dəfn mərasimində mərhumun yaxınları və kənd sakinləri iştirak ediblər.

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər