İtkin bacısını ödürdüyü deyilən qardaş azadlıqda - Yeni faktlar

Lənkəranda bacısının qətlində şübhəli bilinərək tutulan, əməli sübuta yetirilmədiyi üçün sonradan sərbəst buraxılan Fuad Ağayev yenidən Xoşqədəm Hidayətqızının verilişinə çıxıb.

BakiPost.az Lent.az-a istinadən xəbər verir ki, tutulmamışdan əvvəl də telekanala müraciət edən F.Ağayev bacısı Nazəndə ilə birgə verilişə gəlib. Burada məlum olub ki, 2012-ci ildə Təranə Ağayeva itkin düşməzdən 2 ay əvvəl evdən qaçıbmış. Daha sonra isə o, birlikdə qaçdığı oğlanın onu yarı yolda atması səbəbindən evə qaytarılıb. Polislər gecə saatlarında gənc qızı meşəlikdən tapıb bölməyə gətiriblər və daha sonra o, ailəsinə təhvil verilib. Hadisədən bir müddət sonra isə T.Ağayeva yoxa çıxıb.

F.Ağayev bildirib ki, bacısı qeyri-sağlam həyat tərzi sürən şəxslərlə münasibətdə olub və onlar Təranəni yoldan çıxarıb. 

Hazırda T.Ağayevanın ölüsündən, ya dirisindən xəbər yoxdur.
 
***
 
Uşaqların atası Polad Ağayev isə Lent.a-a açıqlamasında Təranənin qətlə yetirilmədiyini, evdən qaçdığını deyib. Oğlunun yanlış məlumat əsasında tutulduğunu və sonradan sərbəst buraxıldığını bildirən ata qızının ölüsünü, ya dirisini tələb edib: "Uşaq bacısını öldürdüyünü yalandan boynuna götürməli olub. Əslində qız ölməyib. Qaçmazdan bir gün əvvəl anasına sahəyə gedəcəyini deyib və həmin vaxtdan yoxa çıxıb. Həmin vaxt Fuad Bakıda olub. Sonra qardaşına zəng edib deyib ki, qaçır. Amma kiminlə getdiyini deməyib. Hələ də dəqiq bilmirik ki, hardadı, kim aparıb, ölüdü, ya sağdı. Qızın dərdindən yoldaşımı infarkt vurdu, rəhmətə getdi". 

Qeyd edək ki, Lənkəran rayonunun Nərimanabad qəsəbəsində itkin düşdüyü deyilən 24 yaşlı Təranə Ağayevanın qardaşı tərəfindən öldürüldüyü bildirilsə də, bu iddia təsdiqini tapmayıb və polis tərəfindən saxlanılmış Fuad Ağayev sərbəst buraxılıb.
 
 
Bakı Post
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994502060266

XƏBƏR LENTİ

24 Aprel 2017
Bütün xəbərlər
Bütün xəbərlər