Ru
17:18 / 18 Yanvar 2017

İtaliyada yenidən güclü zəlzələ oldu - VİDEO

1137
İtaliyanın mərkəzində daha iki güclü zəlzələ baş verib.


Publika.az xəbər verir ki, İtaliya Geofizik Milli İnstitutunun dəqiqləşdirilmiş məlumatlarına görə, ikinci təkan 5,4, üçüncü təkan isə 5,3 bal gücündə olub.

İlk yeraltı təkan isə 5,3 baş gücündə idi. Zəlzələnin episentri paytaxt Romadan 100 kilometr şərqdə yerləşir. Bununla belə, zəlzələnin gücü paytaxtın tarixi mərkəzində hiss olunub.


Zəlzələdən sonra Roma hakimiyyəti metrodan insanların təxliyyəsinə başlayıb. Həmçinin şəhərin mərkəzində yerləşən İtaliya Xarici İşlər Nazirliyi, bir neçə məktəb və ofis binası, BNL bankı təxliyyə edilir.


Qurbanlar və dağıntılar haqqında hələ məlumat verilməyib. Avropa İttifaqının humanitar yardım və böhranların nizama salınması üzrə komissarı Kristos Stilianides bildirib ki, qurum İtaliyaya bütün lazımı köməyi göstərməyə hazırdır.

 

 


Bakı Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər