Ru
19:24 / 22 İyul 2017

İstirahətə gedən ailə qəzaya düşdü - 6 nəfər ağır yaralandı/YENİLƏNİB

1169

 Gəndab-Yalama yolunda baş vermiş qəza nəticəsində yaralanan şəxslərin adları məlum olub.

 

"Report"un məlumatına görə, qəza nəticəsində xəsarət alanların bəziləri Siyəzən, bəziləri isə Şabran xəstəxanasına yerləşdiriliblər.

 


Siyəzən xəstəxanasında olanlar:

1993-cü il təvəllüdlü Şirəliyeva Günel Ramiz qızı (vəziyyəti ağırdır)

1964-cü il təvəllüdlü Quliyev Ramiz Əli oğlu (vəziyyəti orta ağırdır)

1972-ci il təvəllüdlü Quliyeva Fatma Abbas qızı (vəziyyəti orta ağırdır)


Şabran xəstəxanasında olan yaralı:

2008-ci il təvəllüdlü Bakı şəhər sakini Quliyeva Mina Ramiz qızı (Sağ dirsəyin qapalı sınığı bədənin çox saylı sıyrıntıları)

Digər yaralıların adları hələ ki, məlum deyil 


 

 ***

17:18

 

Şabran rayonunda baş verən yol qəzasında bir ailənin 6 üzvü ağır xəsarət alıb. 


"Report" xəbər verir ki, hadisə Gəndab-Yalama yolunun 1-ci kilometrliyində qeydə alınıb. 

Belə ki, Bakı şəhərindən istirahətə gələn ailənin olduğu 10-UN-680 avtomobil qəzaya uğrayıb.


Qəza nəticəsində xəsarət alanlardan 2 azyaşlı Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına, 1 uşaq Şabran Mərkəzi Rayon Xəstəxanasına, 3 nəfər isə Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib. Xəsarət alanların adları hələlik məlum deyil. 


Xəstəxanalardan bildirilib ki, xəstələrə ilkin tibbi yardım göstərilib.


Faktla bağlı araşdırmalar aparır.

 

BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər