Ru
12:22 / 20 Sentyabr 2017

İsti hava şəraiti davam edəcək

1214
Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuPost.az-a verilən məlumata görə, sentyabrın 21-də Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.


Havanın temperaturu gecə 19-22° isti, gündüz 30-35° isti, Bakıda gecə 20-22°, gündüz 33-35° isti olacağı gözlənilir.


Atmosfer təzyiqi 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 75-85%, gündüz 40-45% olacaq.


Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Səhər ayrı-ayrı yerlərdə duman olacağı gözlənilr.


Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-20°, gündüz 31-36° isti, dağlarda gecə 11-16°, gündüz 20-25° isti olacağı gözlənilir.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər