Ru
16:08 / 28 Mart 2017

İstefaya göndərilən generalların - ADLARI

12300

Azərbaycan Prezidenti, Ali baş komandan İlham
Əliyevin əmri ilə ordudan istefaya göndərilən yüksək rütbəli hərbçilərin bəzilərinin
adları açıqlanıb.

BakiPost.az xəbər verir ki, bu haqda Müdafiə
Nazirliyinə yaxın "AzeriDefence” portalı məlumat yayıb. Saytın yazdığına görə, istefaya
göndərilənlər arasında Silahlı Qüvvələrin Baş qərargah rəisinin birinci
müavini, general-leytenant Eyvaz Cəfərov və Baş qərargahın Baş Əməliyyat İdarəsinin
rəisi, general-mayor Elbrus Orucov da var. Habelə Baş qərargahdan polkovnik
Murad Həmidov da istefaya göndərilib.


İstefaya göndərilən generaldan biri -  Elbrus Orucov vaxtilə Şuşanın düşmənə təslim edilməsi işi üzrə mühakimə olunub. Sonradan o, Azərbaycanın Özbəkistan və Gürcüstandakı hərbi attaşesi təyin edilib. Zakir Həsənovun müdafiə naziri təyin olunmasından sonra isə Baş qərargahın Baş Əməliyyat İdarəsinə rəis gətirilib.


Bakı Post

İstefaya göndərilən generalların -  ADLARI
İstefaya göndərilən generalların -  ADLARI
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər