Ru
23:15 / 09 Dekabr 2016

İstanbulda “cinçıxarma” klinikası – VİDEO

653


Cəmiyyətdə (dırnaqarası) "cinçıxarmalara” maraq hər zaman böyük olub. Xüsusi ilə savadsız insanlar müəyyən problemləri məhz bədənə cin girmə ilə əlaqələndirir və cindarlar da bundan istifadə edərək bir çoxlarını aldadırlar. Bir neçə gün əvvəl İstanbulda bu işlə məşğul olan klinikanın fəaliyyətə başlaması insanların fikirlərini daha da qarışdırıb. Bu məsələ Azərbaycan cəmiyyətində də böyük əks-səda doğurdu.


"Qurani-Kərim” oxunaraq cadu pozulduğu, cin çıxarıldığı iddia olunur. Söhbət hər hansı molladan və ya din xadimindən yox xəstəxanadan gedir. İstanbulda böyük səs küy yaradan bu klinikada nə iynə dərmandan, nə də başqa tibbi vasitələrdən istifadə edilmir.


Xəbər Sosial şəbəkələrdə böyük rezonans doğurduqdan sonra Azərbaycanda da bənzər klinikanın açılması təklif olunub. Başqa sözlə bəzi insanlar belə klinikaların dərdlərinə çarə olacağına inanır. 


Psixoloq Elnur Rüstəmov isə bunu cəhalətlə əlaqələndirir.


Bu işin özünü həkim adlandıran biri tərəfindən, klinikada həyata keçirilməsinin isə heç bir əsası ola bilməz. Başqa sözlə əgər belə bir klinika Azərbaycanda da açılsa orada fəaliyyət göstərənlərin fırıldaqçıdan heç bir fərqi olmaz.


İlahiyyatçılar cindarlığın islamla heç bir əlaqəsi olmadığını və "Qurani kərimdə” əksini tapmadığını qeyd edirlər.


BakiPost.az "Xəzər Xəbər”ə istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər