Ru
00:48 / 24 May 2018

İsrail-Türkiyə münasibətləri yeni gərginləşmə mərhələsində - “Erməni soyqırımı” müzakirəyə çıxarılır

2614
İsrail parlamenti qondarma erməni soyqırımının tanınması məsələsini müzakirəyə çıxaracaq.


BakuPost xarici KİV-ə istinadən xəbər verir ki, buna Türkiyə-İsrail münasibətlərinin gərginləşməsi səbəb olub. Parlament üzvləri məsələnin geniş müzakirəsini aparacaq. 


Məsələnin əvvəllər olduğu kimi  komissiyada deyil, parlamentin tam heyətlə müzakirəsinin lehinə iclasda iştirak edən 16 deputat səs verib. Debatların tarixi hələ ki, təyin edilməyib.


Bu ilin fevralında İsrail Knesseti qondarma "erməni soyqırımı”nın  tanınması ilə bağlı qanun layihəsini rədd edib.


Xatırladaq ki, ABŞ-ın İsraildəki səfirliyini Qüdsə köçürməsi İsrail-Türkiyə münasibətlərinin gərginləşməsinə səbəb olub.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər