Ru
23:40 / 21 Avqust 2017

İspaniyanın məşhur nəşri “Qarabağ”la bağlı yalan məlumat yaydı - FOTO

1141
İspaniyanın məşhur "Marka” nəşri separatçı bölgələri təmsil edən futbol klubları haqqda məlumat hazırlayıb.


BakuPost.az Sport24.az-a istinadən xəbər verir ki, yazıda Azərbaycan təmsilçisi "Qarabağ”a da yer verilib.


Belə ki, prineyli həmkarlarımız Ağdam klubunu Qondarma Dağlıq Qarabağ Respublikasının təmsilçisi kimi təqdim edib:


"Hazırda Moldova və Azərbaycan öz müstəqilliklərini birtərəfli elan etmiş ərazilərə qarşı mübarizə aparır. Moldova Dnestryanı, Azərbaycan isə Dağlıq Qarabağı özünə tabe etməyə çalışır. Maraqlıdır ki, bu bölgələri təmsil edən "Şerif” tabe olmadığı Moldova, "Qarabağ”da tabe olmadığı Azərbaycan çempionatlarında mübarizə aparırlar. Hər ikisi son ilin çempionlarıdır”.


Xatırladaq ki, "Qarabağ” Çempionlar Liqasının III təsnifat mərhələsində "Şerif”i keçərək "Kopenhagen”ə rəqib olub.

 


BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər