Ru
09:44 / 20 Avqust 2017

İspaniyadakı hücumun təşkilatçısı şəhərin imamı imiş

812
Kataloniyanın Ripol şəhərinin imamı mərakeşli Abdülbaki əs-Sati İspaniyada 17 avqustda törədilən terror aktının əsas təşkilatçısı olub.

 

APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə el Pais nəşri məlumat yayıb.

 

Məlumata görə, polis əməkdaşları ötən gün səhər saatlarında onun evinə baxış keçiriblər. Polis Abdülbaki əs-Satinin Alkanar şəhərindəki evlərdən birində baş vermiş partlayış nəticəsində öldüyünü istisna etmir. Xəbər verildiyi kimi, terrorçular həmin evdə qaz balonlarından istifadə etməklə kustar üsulla partlayıcı qurğular istehsal edirmişlər.   

 

Nəşrin məlumatına görə,  Ripol şəhərinin imamı Abdülbaki əs-Sati iyunun əvvəlində şəhərdəki mənzilini tərk edib. Məhz həmin dövrdə terrorçular Alkanardakı sahibsiz evlərdən birində  məskunlaşıblar.

 

Qonşuların sözlərinə görə, Abdülbaki əs-Sati heç vaxt özünə diqqət çəkməyi xoşlamayıb və kiçik şəhərcikdəki 500 nəfərlik yerli müsəlman icmasına inteqrasiya edə bilməyib.  

 

Məlumata görə, terrorçu qrupunun üzvlərinin əksəriyyəti – Driss və Musa Ukabir, Məhəmməd Xiçami və Yunus Əbuyaqub məhz Abdülbaki əs-Satinin imam olduğu Ripol şəhərinin sakinləri olub. Qrupun daha bir üzvü Səid Əlaa 10 km aralıda yerləşən Ribes de Fresner şəhərində yaşayıb.  

 

Qeyd edək ki, İspaniyada avqustun 17-də törədilən terror hücumları nəticəsində 14 nəfər ölüb, 130 nəfər yaralanıb.

 

İŞİD terror qruplaşması hücumlara görə məsuliyyəti öz üzərinə götürüb.

 

BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər