Ru
13:44 / 16 Oktyabr 2018

– Evlər qəzalı vəziyyətə düşüb İsmayıllıda torpaq sürüşdü

1745
Son günlər İsmayıllı rayonunda yağan yağışlardan sonra torpaq sürüşməsi baş verib.


BakuPost Report-a istinadən xəbər verir ki, rayonun Qoydan kəndi ərazisində torpaq sürüşməsi aktivləşərək geniş ərazini əhatə edib. Evlərin divar və döşmələrində irili-xırdalı çatlar əmələ gəlib. Bundan başqa, əhalinin su təsərrüfatına, eləcə də meyvə bağlarına, yaşayış evlərinə ziyan dəyib.


Kəndin şimal hissəsindəki dağ yamacından axan torpaq kütləsi bir neçə evi qəzalı vəziyyətə salıb. Nəticədə fərdi yaşayış evlərindən birində yaşamaq təhlükəli olduğundan ailə qohumlarının evinə köçürülüb.


İsmayıllı rayon fövqalədə hallar komissiyası və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri sürüşmə baş verən ərazilərə baxış keçiriblər.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər