Ru
12:21 / 22 Avqust 2017

İsmayıllıda kütləvi dava - 3 nəfər bıçaqlandı

971
İsmayıllı rayonunda kütləvi dava olub.


Daxili İşlər Nazirliyindən BakuPost.az-a verilən məlumata görə, avqustun 21-də İsmayıllı rayonunun Yuxarı Cülyan kəndində rayon sakinləri Seyfi Hacıyev, Arif Hacıyev və Aqil Mustafayev ilə həmyerliləri Nemət Salmanov və Elşən Səfərov arasında münaqişə baş verib.


Bu zaman E.Səfərov bıçaqla S.Hacıyevə, A.Hacıyevə və A.Mustafayevə xəsarət yetiriib, habelə hadisə zamanı N.Salmanov da xəsarət alıb.


İsmayıllı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən görülən tədbirlərlə E.Səfərov tutulub.

 

 

BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər