Ru
16:12 / 24 Aprel 2017

İslam oyunlarını iqtisadi əhəmiyyəti: Turist axını və... – İqtisadçı şərhi

1373
İslam Həmrəyliyi Oyunları ərəfəsində ölkəmizin iqtisadi baxımdan nə qədər qazanacağı ilə bağlı konkret bir rəqəmin söylənilməsi çətindir. 

Bunu BakıPost.az-a iqtisadçı Natiq Cəfərli deyib. 


Onun sözlərinə, oyunlara gələcək insanların və turistlərin sayını dəqiq bilmədiyimiz üçün bunu hesablamaq çətindir: "Oyunlar zamanı iqtisadi baxımdan ölkəmizin  qazanacağı gəlirin hesablanmasını aparmaq hələlik mümkün deyil. Oyunlar bitdikdən sonra bununla bağlı müəyyən rəqəmlər ortalığa çıxacaq. Amma bu, ən azından ölkənin növbəti tanıtımı və gələcəkdə daha çox turistlərin cəlb olunması nöqteyi-nəzərindən həmən olmasa da, mərhələ-mərhələ iqtisadi effekt verə bilər. 


Avropa Oyunları da göstərdi ki, tək oyunlarla turist sayının artımına rəvac vermək mümkün olmur. Bununla paralel bir çox məsələlər də öz həllini tapmalıdır. Məsələn, indi elektron formada asan viza xidməti yaradıldı və 3 günə insanlar, xarici vətəndaşlar viza ala bilir. Bu proses Avropa Oyunlarından sonra edildi. Amma məncə, Avropa Oyunlarında daha çox insan ölkəmizə gəldi. Həmin vaxtı indiki kimi vizaların verilməsi asanlaşaydı daha çox gəlir əldə ediləcəkdi. 


Bu da onu deməyə əsas verir ki, bəzi texniki məsələlərin həlli ən azı oyunlar qədər, tanıtım aksiyaları qədər önəmlidir. 


Son zamanlar ölkədə turist sayının artması əsasən vizaların sadələşdirilməsi və daha asan vizanın əldə edilməsi ilə bağlıdır. Həmçinin nə qədər qəribə görsənsə də, manatın devalvasiya turizmə müsbət təsir göstərir. Milli valyutası dəyərdən düşmüş ölkələr daha çox turist cəlb edir”.


İqtisadçı bildirib ki, İslam Oyunları ilə paralel olaraq bir çox texniki məsələlərin də həllində irəliləyiş olsa, bunun iqtisadi effekti daha çox olacaq:

 

"Bir daha qeyd edim ki, sırf oyunların keçirilməsi birbaşa effekt vermir. Əksinə büdcədən xərcləmələri artırır. Amma dolayısı effektləri, yəni ölkənin tanıtımı, turist gəlməsi, müəyyən biznes münasibətlərinin yaradılması, bunların oyunlarda istifadə edilməsi gələcəkdə ölkəyə mərhələli şəkildə xeyr verə bilər. Amma birbaşa oyunların büdcəyə təsiri və iqtisadi təsirləri kifayət qədər aşağı səviyyədədir. Bəzən bu tip oyunlara xərclənən vəsaitin özü belə oyunlar zamanı, yəni 2 həftə ərzində geri qayıtmaya bilər.

 

Ancaq əgər vizanın asanlaşması bu qədər ciddi effekt verirsə, vizanın tamam ləğv olunması növbəti mərhələdə daha yaxşı effekt verə bilər, daha çox insanı ölkəyə cəlb edə bilər. Ona görə də bu tip aksiyalarla, oyunlarla paralel olaraq texniki məsələlərin, turizmin inkişafı üçün digər əngəllərin də aradan qaldırılması önəmlidir. Məsələn, ucuz otellər və motellərin yaradılması , hostellərin yaradılması bununla paralel getməlidir ki, bunun iqtisadi effekti nəzərə çarpacaq dərəcədə olsun”.


Natiq Cəfərli qeyd edib ki, İslam Oyunları zamanı xeyli sayda turistin ölkəmizə gəlməsi gözlənilir: "Son məlumatlara görə, Bakı şəhərində otellərin təqribən 80-85 faizində artıq sifarişlə qəbul olunub. Bakı şəhərində də təqribən 10 və ya 11 minə yaxın yataq yeri mövcuddur. Demək ən azından 10 minə yaxın turistin bu ərəfədə ölkəmizə gəlməsi mümkündür”. 


Sevinc 

BakıPost
İslam oyunlarını iqtisadi əhəmiyyəti: Turist axını və... –  İqtisadçı şərhi
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər