Ru
10:36 / 23 May 2017

“Mançester-Arena”dakı terroru İŞİD törədib

964

İngiltərənin Mançester şəhərində törədilən terror hadisəsi ilə bağlı məsuliyyəti terrorçu İŞİD qruplaşması öz üzərinə götürüb.


BakiPost.az xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda terrorçu qruplaşma video-çarx yayıb.


Rəsmi dairələr partlayışı terrorçu-kamikadzenin təkbaşına törətdiyini qeyd edib. Terrorçunun hadisə yerində öldüyü vurğulanıb: "Terrorçu təkbaşına fəaliyyət göstərib. Onun əlaltısının olub-olmaması araşdırılır. Terroru tördən kişi özü ilə birlikdə əldə qayırma partlayıcı qurğu gətirib və onu hadisə yerində işə salıb”.


Qeyd edək ki, mayın 23-də gecə saatlarında Britaniyanın Mançester şəhərində "Mançester-Arena” stadionunda amerikalı müğənni Ariana Qrande konsertində törədilən terror hadisəsi nəticəsində 22 nəfər ölüb, 50-dən çox adam yaralanıb.


Bakı Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər