Ru
19:59 / 22 Yanvar 2018

İraqda alman qıza ölüm cəzası verildi - Özünü kölə kimi təqdim edib, amma…

1332
İraq məhkəməsi alman vətəndaşı, İŞİD-ə qoşularaq snayperçi kimi döyüşən Linda Veyə ölüm cəzası kəsib.

 

BakuPost xəbər verir ki, terrorizmə dəstəkdə günahlandırılan 16 yaşlı qız öz ölkəsində rəfiqəsigilə getmək adı ilə evdən çıxıb, lakin itkin düşdüyü barədə məlumat yayılıb. Sonradan qızın İŞİD-ə qoşulduğu məlum olub. 


Cihadçılar gözəlliyinə görə ona "Mosul gözəli” ləqəbi veriblər. Bir neçə qadınla körpü altında tapılan Linda əvvəl özünü əsir düşmüş kölə kimi qələmə verib. Amma sonradan onun snayperçi və aktiv döyüşçü olduğu təsdiqlənib. İraq məhkəməsi onun barəsində ölüm hökmü çıxarıb.


Almaniya prokurorluğu Mosulda saxlanılan 5 alman əsilli İŞİD-çi qadının ölkəyə ektradisiya olunması üçün çalışır. Almaniya hökuməti İŞİD müharibəsi dövründə Almaniyadan 200 gənc qadının itkin düşdüyü və onlardan bəzilərinin İŞİD-ə qoşula biləcəkləri ehtimalı olduğunu bildirib.

 

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər