Ru
20:15 / 26 İyul 2017

İranın “simvolu” əlində pivə ilə görüntüləndi

1293
İran dövlət televiziyasının "ulduzu” Azadə Namdarinin İsveçrədə istirahət zamanı əlində pivə ilə fotosu yayılıb.


Oxu.Az-ın xəbərinə görə, Namdari İslam həyat tərzinin tərəfdaşı kimi tanınır. O, həmişə hicab geyinir və öz müsahibələrində İslam dininin üstünlüklərindən danışır. 


Aparıcının sözlərinə görə, hicab geyinən qadın özünü təhlükəsizlikdə hiss edir və kişilərin hörmətini qazanır.


Fotonun yayılmasından sonra iranlılar Azadəni ikiüzlülükdə ittiham ediblər. 


Namdari isə sosial şəbəkələrdəki təhqirlərə cavab olaraq bildirib ki, o yaxın qohumları ilə istirahətdə olub və foto çəkilən zamanı hicab çiynindən düşüb.


Aparıcı niyə pivə içdiyini barədə sualları cavabsız qoyub.

 

BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər