Ru
11:12 / 22 Sentyabr 2018

İranda hərbi parad zamanı terror - ÖLƏNLƏR VAR / VİDEO (YENİLƏNİB)

2821
İranda hərbi parad zamanı törədilən terror aktının bəzi təfərrüatları məlum olub.

 

BakuPost xarici mətbuata istinadən xəbər verir ki, 4 nəfərdən ibarət terror qrupu mərasim zamanı əsgərlərə atəş açmağa başlayıblar. Ən azı 8 nəfər öldüyü bildirilir. Terrorçulardan ikisi ələ keçirilib, 2-si isə axtarışa verilib.

 

Hadisənin kimlər tərəfindən törədildiyi hələki məlum deyil.

 

* * *

 

İranın cənub-qərbində, Əhvaz şəhərində hərbi parad zamanı atışma olub.


BakuPost xəbər verir ki, naməlum şəxslər hərbi konvoyu atəşə tutub.


Ölənlərin sayı haqqında dəqiq məlumat verilmir.

 

Qeyd edək ki, sentyabrın 22-də "Müqəddəs müdafiə” həftəsinin birinci günü başlayıb. Bu münasibətlə İran İnqilab Keşikçiləri Qvardiyası və Ordu Tehran da daxil olmaqla İranın bütün şəhərlərində hərbi parad keçirir. Ölkə paytaxtında keçirilən tədbirdə İslam Respublikasının prezidenti Həsən Ruhani və parlamentin sədri Əli Laricani iştirak edib.

 



İranda hərbi parad zamanı terror -  ÖLƏNLƏR VAR / VİDEO (YENİLƏNİB)
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər