İranda daşqınlar 12 can aldı

İranın şimal-şərqində aramsız yağışların ardına güclü daşqınlar baş verib.
 
Trend-in məlumatına görə, daşqınlar ölkənin 2 əyalətində 12 nəfərin həyatına son qoyub. İranın Böhrana qarşı İdarə rəhbərinin sözlərinə görə, ölənlərdən 10 nəfər Xorasan, 2 nəfər isə Gülüstan əyalət sakinləri olub.

Bəzi İran KİV-ləri isə daşqınlar nəticəsində ölənlərin sayının daha çox, eləcə də itkin düşənlərin olması barədə məlumat yayıblar.

Qeyd edək ki, aprel ayında İranın şimal-qərbində daşqınlar nəticəsində 36 adam ölmüşdü.
 
BakuPost
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər