Ru
11:22 / 16 Yanvar 2017

İranda daha 20 məhkum edam edildi

2638

İranda edamların ardı-arası kəsilmək
bilmir.

BakiPost.az xarici mətbuata istinadən xəbər
verir ki, İran İnsan Hüquqları fəallarının nəşr orqanı "Herana” Kərəc şəhərindəki
Recaişəhr zindanında son 2 gündə narkotik, oğurluq və qəsb etməyə görə həbs
olunan 20 məhkumun edam edildiyini yazıb.

Beynəlxalq Əfv Təşkilatının
hesabatlarına görə, İranda 2015-ci ildə 977 məhkum ölüm hökmü ilə cəzalandırılıb.



BMT məruzəçisi Əhməd Şahid, ölkədə son
illər edamların artmasının səbəbinin narkotik maddələrdən istifadəyə qarşı
qoyulan sərt qanunlar olduğunu bildirib.

Qeyd edək ki, İranda 30 qram heroin, yaxud
kokain saxlamaq ölüm cəzasına bərabərdir.



Nərmin

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər